Azərbaycanda rəsmi nikahsız qadınlar tərəfindən 1 ildə 26 min uşaq doğulub

Ötən il Azərbaycanda rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların sayı 26 min 288 nəfər olub. "Yeniavaz.com" saytı Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2015-ci ildə isə bu göstərici 24 min 38 nəfər idi.

Ümumilikdə son illər ərzində Azərbaycanda rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların sayı ən çox 2011-ci ildə olub - 30 min 983 nəfər.

Rəsmi məlumatlara əsasən deyə bilərik ki, Azərbaycanda rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən uşaqlar ən çox kənd yerlərində doğulur. Məsələn, ötən il doğulmuş 26 min 288 uşağın 16 min 696 nəfəri məhz kənd yerlərində dünyaya gəlib. 9592 nəfər isə şəhər yerlərində.

Əvvəlki illə müqayisədə ötən il kənd yerlərində də rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların sayında artım müşahidə olunur.

Son 10 il ərzində kənd yerlərində rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların sayı ən çox 2011-ci ildə qeydə alınıb - 18 min 13 uşaq.

Qəribədir ki, aparılan maarifləndirmə tədbirlərinə baxmayaraq, Azərbaycanda rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların sayında artım müşahidə olunur.

DİGƏR XƏBƏRLƏR

Top