Ötən il Azərbaycanda 13 min 11 boşanma qeydə alınıb. "Yeniavaz.com" saytı rəsmi məlumatlara istinadən xəbər verir ki, boşanmalar təkcə yeni ailə quranlar və yaxud gənclər arasında qeydə alınmır, uzun illərdir evlilik həyatı yaşayan, yaşı 50-60-dan çox olanlar arasında da kifayət qədərdir.
Məsələn, ötən il 50-54 yaş arası yoldaşından ayrılan kişilərin sayı 746 nəfər olub. Ötən il 55-59 yaş arası ailəsindən ayrılan kişilərin sayı 448 olub. 60 və yuxarı yaşda yoldaşından boşanan kişilərin sayı 373 nəfər təşkil edib. 20 il və daha çox müddətdə xanımı ilə nikahda olub, sonradan ondan ayrılma qərarı verən kişilərin sayı isə 1771 olub.
Ötən il 50-54 yaş arası yoldaşından ayrılan xanımların sayı 746 nəfər olub. 2016-cı ildə 55-59 yaş arası ərindən ayrılan qadınların sayı 448, 60 və yuxarı yaşda yoldaşından boşananların sayı 373 nəfər təşkil edib. 20 il və daha çox müddətdə xanımı ilə nikahda olub, sonradan ondan ayrılma qərarı verən xanımların sayı 1771 nəfər təşkil edib.
Dövlət Statistika Komitəsinin boşanmalarla bağlı rəsmi məlumatında "naməlum yaşda" boşananlar bölməsi də var. Həmin məlumatda qeyd olunur ki, 2016-cı ildə Azərbaycanda naməlum yaşda boşanan kişilərin sayı 125 olub. Ötən il naməlum yaşda boşanan Azərbaycanlı qadınların sayı isə 78 nəfər təşkil edib.
Nicat