Bu ilin oktyabr ayları ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft kəməri ilə 2 milyon 268 min 672 ton Azərbaycan nefti nəql olunub. Yeniavaz.com Dövlət Neft Şirkətinə (SOCAR) istinadən xəbər verir ki, bu ilin yanvar-oktyabr aylarında BTC ilə ötürülən Azərbaycan neftinin həcmi 22 milyon 595 min 463 ton olub.
Bu ilin yanvar-oktyabr ayları ərzində BTC ilə ötürülən Azərbaycan neftinin həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 7,4% az olub.
Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən (2006-cı il, iyun) 2017-ci il noyabr ayının 1-dək BTC-yə 344 milyon 133 min 525 ton neft vurulub.
Bundan başqa, 2017-ci ilin oktyabr ayında BTC kəməri ilə 545 min 988 ton Türkmənistan nefti nəql olunub. Bu isə ötən ilin analoji ayından 2,1 dəfə çoxdur.