Ceyhan limanından ixrac olunan neftin həcmi 14,6% azalıb

Bu ilin oktyabr ayı ərzində 1 milyon 895 min 356 ton Azərbaycan nefti Ceyhan limanından (Aralıq dənizi, Türkiyə) dünya bazarına çıxarılıb. Yeniavaz.com Dövlət Neft Şirkətinə (SOCAR) istinadən xəbər verir ki, bu həcmin 1 milyon 201 min 814 tonunu Dövlət Neft Fondunun (ARDNF) nefti təşkil edib.

Cari ilin yanvar-oktyabr aylarında Ceyhan limanından ixrac olunan neftin həcmi 21 miyon 36 min 310 ton təşkil edib. Bu göstərici isə ötən ilin müvafiq dövrünə nisbətən 14,6% az olub.

Ümumiyyətlə, BTC istismara verilən gündən (2006-cı il, iyun) 2017-ci il noyabr ayının 1-ə qədər Ceyhan limanından 340 milyon 870 min 909 ton Azərbaycan nefti dünya bazarına yola salınıb.

DİGƏR XƏBƏRLƏR

Top