Venesuelaya silah tədarükünə embarqo qoyuldu

Avropa İttifaqı (Aİ) Xarici İşlər Nazirləri (XİN) başçıları Venesuelaya silah tədarükünə embarqo qoyulmasını və gələcəkdə fərdi sanksiyalar üçün hüquqi bazanı razılaşdırıblar. “Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, bunu Brüsseldə Aİ XİN başçılarının görüşünün kuluarlarında mənbə deyib. Mənbə bildirib ki, nazirlər silah tədarükünə embarqonun tətbiq edilməsinə, eləcə də qara siyahının hazırlanmasına dair qərarda razılığa gəliblər: “Sonradan fiziki şəxslər həmin siyahıya salınacaq. Onlara qarşı fərdi məhdudlaşdırıcı tədbirlər tətbiq ediləcək”.

Xatırladaq ki, bu ilin apelindən kəskin sosial-iqtisadi böhran yaşayan Venesuelada müxalifət Prezident Nikolas Maduronun başçılıq etdiyi hökumətin fəaliyyətinə qarşı etiraz aksiyaları keçirib. Dövlət başçısının səlahiyyətlərini genişləndirən və onun siyasi opponentlərinin nəzarət etditi parlamentin funksiyalarını məhdudlaşdıran Ali Məhkəmənin qərarı aksiyaların keçirilməsinə səbəb olub. Bu müddət ərzində 120-dən çox adam ölüb, manifestlərin minlərlə iştirakçısı xəsarət alıb.

DİGƏR XƏBƏRLƏR

Top