Kənan M. M.-in çəkdiyi film Mingəçevirdə maraqla qarşılandı FOTOLAR

Rejissor Kənan M.M.-in "Gecə qonağı 2" filminin Mingəçevirdə təqdimat mərasimi keçirilib. "Yeniavaz.com" xəbər verir ki, Mingəçevir Dövlət Dram teatrında filmin nümayişindən öncə rejissor və baş rolun ifaçısı tamaşaçılar qarşısında çıxış edib. Kənan M.M bu filmin çəkdiyi bütün ekran işlərindən daha maraqlı və fərqli olduğunu deyib: "Ssenarinin müəllifi mən olduğum üçün dialoqları öz üzərimdən yazmışam. O şərt deyil ki, filmdə hamı mədəni olmalıdır. Biz fahişəni fahişə kimi göstərməliyik ki, fahişələr özünü görsün.

Film İlqar Fəhminin ssenarisi əsasında çəkilib".

Filmdə rejissor Kənan M.M., oğlu Hüseyin və aktrisa Pərvin Abıyeva rol alıblar.

Kənan M.M. filmdə əsas rollardan biri olan Ədaləti canlandırıb. Film Mingəçevirli tamaşaçıların marağına səbəb olub.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top