Xəzərdə itkin düşmüş iki balıqçının meyiti tapılıb

Noyabrın 11-də Bakı şəhərinin Pirallahı rayonu ərazisindən balıq tutmaq məqsədilə qayıqla dənizə çıxmış və geri qayıtmamış Hüseynzadə Fikrət Hikmət oğlu və Qurbanov Sehran Gülbala oğlunun meyitləri Dövlət Neft Şirkətinin "Orion-25" gəmisi tərəfindən aşkarlanıb.

Fövqəladə Hallar Nazirliyinin saytının verdiyi məlumata görə, F. Hüseynzadə və S. Qurbanovun meyitləri sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

DİGƏR XƏBƏRLƏR

Top