"Jurnalistlərin binasına qaz əvəzinə, hava verirlər"

""Azəriqaz"dakılar Səbail rayon ərazisinə, konkret olaraq Jurnalistlər binasının yerləşdiyi Yeni Salyan yolu 22 ünvanına qaz əvəzinə hava vurmaqda davam edirlər". "Yeniavaz.com" xəbər verir ki, bu barədə jurnalistlərin binasında yaşayan jurnalist Nadir İsmayılov məlumat verib.

"Edilən müraciətlər də nəticəsiz qalır. Əlacımız ona qalıb ki, dədə-baba qaydası ilə odun peçi yandıraq. Ümid edirik ki, SOCAR rəhbərliyi bu soyuq günlərdə jurnalistlərə qarşı etinasız yanaşanların, cənab Prezident İlham Əliyev tərəfindən jurnalistlərə hədiyyə edilmiş mənzillərin olduğu çoxmərtəbəli yaşayış binasına qaz əvəzinə, kəskin iyli hava vuranların "havasını" alacaq",-deyə o narazılığını bildirib.

DİGƏR XƏBƏRLƏR

Top