"Facebook" öz serverlərini Azərbaycanda yerləşdirdi - Yenilik

Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan milli magistral (backbone) internet operatoru "Azertelecom" MMC ilə "Facebook" korporasiyası arasında bu sosial şəbəkənin CDN (məzmun çatdırılma şəbəkəsi) keş serverlərinin "Azertelecom" MMC-nin Data mərkəzində yerləşdirilməsi barədə müqavilə imzalanıb. "Yeniavaz.com" xəbər verir ki, ekspert Osman Gündüz bunun əhəmiyyətini belə izah edib: ""Google"dan sonra "Facebook" da öz serverlərini Azərbaycanda yerləşdirdi. Bununla bağlı Bununla, necə deyərlər, "Facebook" Azərbaycan istifadəçilərinə daha yaxın oldu. Yəni, "Azertelecom" bəkbon provayderi vasitəsilə qlobal şəbəkəyə qoşulan yerli istifadəçilər "Facebook" kontentini daha tez və keyfiyyətli formada əldə edə biləcəklər. Nəzərə alsaq ki, "Azertelecom"dan internet alan provayderlərin sayı artmaqda davam edir, onda düşünmək olar ki, bu müqavilə ilə "Azertelecom" beynəlxalq trafikə də xeyli qənaət etmiş olacaq. Ümumiyyətlə isə düşünürəm ki, bu tip qlobal şirkətlərin ölkəyə ayaq açması, hətta nümayəndəliklərinin ölkəmizdə olması doğru və çox faydalı olardı. Odur ki, "Azertelecom"un "Facebook" kimi nəhəng şirkətlə anlaşaraq belə bir razılığa gəlməsi çox əhəmiyyətli bir addımdır. Bu addım gələcəkdə "Facebook" və digər bu kimi qlobal şirkətlərlə əməkdaşlığın genişləndirilməsi üçün, onların Azərbaycandan əldə etdiyi gəlirlərin bir hissəsinin vergiyə cəlb edilməsi ilə ölkədə rəqəmsal sahibkarlığın inkişafı və bütövlükdə Azərbaycan internetinin inkişafı üçün yeni imkanlar aça bilərdi".

DİGƏR XƏBƏRLƏR

Top