Qazaxda polislərin şagirdlərlə növbəti görüşü olub FOTO

Cəmiyyətin daha təhlükəsiz olması, sabitliyin, əmin-amanlığın etibarlı qorunması üçün hüquq-mühafizə orqanları ilə yanaşı, ictimaiyyətin də üzərinə mühüm vəzifələr düşür. Bu baxımdan əhalinin hüquqi maarifləndirmə işləri daha əhəmiyyətli görünür.

DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Qazax Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Qazax rayonu Daş Salahlıkənd 1 saylı tam orta məktəbində görüş keçirilib.

"Narkomanlığın cəmiyyətə və insanların sağlamlığına zərərli nəticələri", "Erkən nikah və onun fəsadları" və "Dini radikalizmə qarşı mübarizə" mövzusunda keçirilən tədbirdə ictimaiyyət nümayəndələridə iştirak ediblər.

Qazax RPŞ-nin Cinayət Axtarış Bölməsinin baş əməliyyat müvəkkili İsgəndər Həsənov çıxışında narkotik vasitələrin və psixotrop maddələrin yaratdığı problemlərdən və onların səbəb olduğu fəsadlardan danışaraq narkomaniyaya qarşı hüquq-mühafizə orqanlarının, o cümlədən polisin apardığı qətiyyətli mübarizə barədə ətraflı məlumat verib. Qeyd edilib ki, respublikada narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi və satışına qarşı mübarizədə Daxili İşlər Nazirliyi, onun Baş Narkotiklərlə Mübarizə İdarəsi və ərazi polis orqanları mühüm vəzifələri yerinə yetirirlər. Tədbirdə erkən nikahlara qarşı sərt mübarizənin aparılmasının, təhsil müəssisələrində, ictimai yerlərdə, kütləvi informasiya vasitələrində davamlı izahat-maarifləndirmə və ictimai qınaq tədbirlərinin keçirilməsinin vacibliyi vurğulanıb, dini radikalizm və onun fəsadları, dini ekstremizmə və terrorçuluğa qarşı mübarizə metodları, ölkə qanunvericiliyinə uyğun olaraq həyata keçirilməkdə olan tədbirlərdən danışılıb. Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb. Vüqar Nəbiyev, Qazax

DİGƏR XƏBƏRLƏR

Top