Ukraynada Rusiya ilə nəqliyyat əlaqələrini kəsmək təklif olunub

"Ukrayna Rusiya ilə nəqliyyat əlaqəsini kəsməlidir". Ukrayna KİV xəbər verir ki, bunu Ukrayna prezidentinin Krımdakı nümayəndəsi Boris Babin bildirib.
O, ukraynalıların saxlanmasının qarşısının alınması üçün belə tədbirlər görülməsini təklif edib. "Krımda, işğal olunmuş Donbassda yaşayan hər bir ukraynalı hazırda faktiki Rusiyadadır, təcavüzkarın girovudur. Bu məsələdə iki strategiyamız var - Rusiyada bu cür potensial girovların sayını minimumlaşdırmaq və işğal olunmuş ərazilərdə onların müdafiəsi", - Boris Babin deyib.Report

DİGƏR XƏBƏRLƏR

Top