"Real”dan PSJ-yə 80 milyonluq təklif

PSJ-nin müdafiəçisi Markinyos karyerasını İspaniyada davam etdirə bilər. Braziliya millisinin üzvü Madrid “Real”ının maraq dairəsinə düşüb. “Kral klubu” 23 yaşlı futbolçunun keçidi ilə bağlı artıq qarşı tərəflə danışıqlara başlayıb. Mərkəz müdafiəçisi axtarışında olan “Real” “sambaçı”nın transferi müqabilində fransızlara 80 milyon avro təklif edib. Lakin PSJ rəhbərliyi hələlik bu təklifə konkret cavab verməyib. Qeyd edək ki, Markinyos 2013-cü ildən PSJ-nin formasını geyinir.Apasport

DİGƏR XƏBƏRLƏR

Top