Livan Səudiyyə Ərəbistanından izahat tələb edib

Livan Prezidenti Mişel Aun Səudiyyə Ərəbistanından Baş nazir Saad Haririnin Ər-Riyaddan vətənə qayıtmasına nəyin mane olduğunu şərh etməyi tələb edib. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, o bəyan edib ki, Livan beynəlxalq razılaşmaları və ölkələr arasında razılaşdırılmış qaydaları nəzərə alaraq xalqının timsalında siyasəti ilə öz Baş nazirinin asılı vəziyyətdə qalmasını qəbul etməyəcək. Xatırladaq ki, S. Hariri Ər-Riyadda olarkən noyabrın 4-də Baş nazir vəzifəsindən istefa verib. O, “Hizbullah” və İranı Livanda və ərəb dünyasında ədavəti qızışdırmaqda ittiham edib və özünə qarşı sui-qəsd hazırlandığını vurğulayıb.

DİGƏR XƏBƏRLƏR

Top