Bir əlini iki gözünü itirən Qarabağ qazisinin vəziyyəti ağırdır: Dəstək gözləyir

2015-ci ilin avqustun 13-də döyüş tapşırığını yerinə yetirərkən minaya düşərək ağır xəsarət alan Azərbaycan Silahlı Qüvvələrinin giziri Əbdürrəhmanov Nəzər Firuddin oğlunun təcili əməlyyata ehtiyacı var. Bu barədə Yeniavaz.com-a qazinin döyüşçü dostları və yaxınları məlumat verib. Bildirilir ki, döyüş tapşırığını yerinə yetirərkən minaya düşən keçmiş hərbçinin sağ əlinin biləkdən yuxarı hissəsi əməliyyat olunaraq kəsilib, hər iki gözü görmə qabiliyyəti itib. Məlumatda qeyd olunur ki, dövlət qurumlarına edilən müraciətlər cavabsız qalıb.

DİGƏR XƏBƏRLƏR

Top