Ağdamda Ermənistan istehsalı olan mina aşkarlanıb

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən və Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə Ağdam rayonu, Əfətli kəndi ərazisində 1 ədəd minanın olması barədə məlumatlar daxil olub.

ANAMA-dan verilən məlumata görə, məlumatlara əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri tərəfindən həmin ərazidə Qarqar çayının sahilində əkin sahəsinə baxış keçirilib, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 1 ədəd 2015-ci il Ermənistan respublikası istehsalı olan piyada əleyhinə mina (PMN-G) aşkar edilib, daşınması mümkün olmadığına görə bu gün partlayış yolu ilə yerində zərərsizləşdirilib.

Aşkar olunmuş minanın ətrafında 12 000 kv.m əraziyə yerüstü baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib. Apa

DİGƏR XƏBƏRLƏR

Top