Lerikdə baş verən qəzada xəsarət alan şəxslərdən biri xəstəxanada ölüb


Lerik rayonunda baş verən yol qəzasında xəsarət alan şəxslərdən biri xəstəxanada ölüb. Qəzada xəsarət alan Müseyib Qafar oğlu Həmidov müalicə olunduğu Lənkəran Şəhər Mərkəzi Xəstəxanasında dünyasını dəyişib. Qeyd edək ki, noyabrın 7-də Lənkəran rayon Orand kənd sakini, 59 yaşlı İsabala Sarıbala oğlu Asimovun idarə etdiyi UAZ markalı avtomobil yoxuşu qalxarkən dərəyə aşıb. Hadisə nəticəsində 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. Bunlar sürücü İsabala Sarıbala oğlu Asimov, onun sərnişinləri - Ramin Qafar oğlu Həmidov və qardaşı Müseyib Qafar oğlu Həmidovdur.Report

DİGƏR XƏBƏRLƏR

Top