Oğlunun qatilini bağışlayan atanın sözləri hamını şok edib VİDEO

2015-ci ilin aprel ayında ABŞ-ın Kentuki ştatında 22 yaşlı Səlahəddin Jitmond adlı bir müsəlman gənc qətlə yetirilib.

“Yeniavaz.com” xarici KİV-ə istinadən xəbər verir ki, aparılan istintaq nəticəsində pizza kuryeri işləyən Səlahəddinin Trey Relford adlı bir şəxs tərəfindən öldürüldüyü məlum olub. Cinayətkar qətli oğurluq məqsədilə törətdiyini etiraf edib və məhkəmənin qərarı ilə 31 il həbs cəzası alıb.

Həyatını itirən Səlahəddinin atası Sombat Jitmond, oğlunun ölümündən 2 il sonra məhkəmədəki çıxışı ilə insanları şok edib. Belə ki, ata Jitmond məhkəmə zalında oğlunun qatilini bağışladığını deyib.

Sombat Jitmond açıqlamasında bildirib ki, 2 il 7 ay bu hadisə kabuslar görməsinə səbəb olub: “Nə olursa Allahdan olur. İnananlar Allaha güvənir. Demək istədiyim çox şey yoxdur. O gecə baş verən hadisəyə görə çox kədərliyəm. Oğlumu geri gətirəcək heç bir şey yoxdur. Sənə bu cinayəti işlədən şeytana hirsliyəm. Səni günahlandırmıram, sənə əsəbi deyiləm, səni bağışlayıram”.

Ata Jitmondun bu çıxışı məhkəmə zalında olanlarda şok effekti yaradıb. Hakim məhkəmə prosesinə fasilə verərək baş verənləri anlamağa çalışıb.

Oğlu ölən ata cinayətkarı bağışlamasını mənsub olduğu İslam dini ilə əlaqələndirib: “Əgər sizə pislik edən insanı bağışlamasanız, onu Allah da bağışlamaz”.

Bu sözlədən sonra qatil Trey Relford onu bağışlayan kişini ağlayaraq qucaqlayıb.

Rasim Məmmədli

Müsəlman ata

DİGƏR XƏBƏRLƏR

Top