Yol hərəkəti ilə bağlı maarifləndirici TƏDBİR

Noyabrın 11-də “Yol hərəkəti təhlükəsizliyinin təmin olunmasına ictimai dəstək” mövzusu ətrafında müzakirə təşkil olunub. Bu layihədə BakuBus MMC-nin mətbuat katibi Mansur Piriyev, Bakı Nəqliyyat Agentliyinin İctimai əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev və layihədə iştirak edən könüllülər iştirak edib. “Ailə və Ətraf Mühit” İctimai Birliyi 15 avqust-15 noyabr 2017-ci il tarixlərində Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Yol hərəkəti təhlükəsizliyinin təmin olunmasına dəstək” adlı layihə həyata keçirir.

Layihə çərçivəsində müvafiq təcrübəyə malik olan şəxslərdən formalaşdırılmış işçi qrup, tərəfdar qurumlar olan Bakı Nəqliyyat Agentliyi və BakuBus MMC tərəfindən Bakı şəhərinin mərkəzi ərazilərində, dayanacaqlarda, piyadaların çoxluq təşkil etdiyi piyada keçidlərdə və avtobuslarda reydlər keçirilib.

İctimai nəqliyyatdan istifadə edən sərnişinlərə məlumatlandırıcı broşurlar və buketlər paylanılıb. Fərdi avtomobil və taksi sürücüləri, digər yol hərəkəti qaydaları ilə bağlı zəruri məlumatlar çatdırılıb. Onlara yol hərəkəti zamanı davranış qaydaları əyani şəkildə izah olunub.
İşçi qrup və könüllülər Bakı şəhəri Nəsimi, Yasamal, Binəqədi və Səbail rayonlarında yerləşən bir sıra orta məktəblərdə olub, auditoriyalarda şagirdlərlə geniş söhbət aparıblar.

Onlara yol hərəkəti qaydaları, yeraltı və yerüstü keçidlər, ictimai nəqliyyatdan istifadə və davranış qaydaları haqqında materiallar paylanılıb. Uşaqlar üçün xüsusi hazırlanan bu materiallarda onların yaş səviyyəsinə uyğun olaraq qanunvericiliyə uyğun yol hərəkəti qaydaları, şəkillər, işarələr və qaydalar əks olnub.Modern.az

DİGƏR XƏBƏRLƏR

Top