Telman İsmayılov məhkəmənin həbs qərarına münasibət bildirdi

Çerkizov bazarının keçmiş sahibi Telman İsmayılov iki qətlin təşkilində və qanunsuz silah dövriyyəsində ittiham olunmasını “ağılsızlıq” adlandırıb. “Yeniavaz.com”un məlumatına görə, bunu RBK-ya T. İsmayılovun özü deyib. Biznesmen dəqiqləşdirici suallardan sonra vəkilinə müracət etməyi xahiş edib. Xatırladaq ki, daha əvvəl Moskvanın Basman məhkəməsi T. İsmayılovu cinayət törətmək ittihamı üzrə qiyabi həbs edib və onu beynəlxalq axtarışa verib. Söhbət 2016-cı ilin mayında baş vermiş iki qətldən gedir. Ticarət komplekslərinin sahbi Vladimir Savkin və “Lyublino motors”un təsisçisi Yuri Brilyov cinayətin qurbanları olublar. İki nəfərin öldürülməsində iştirak etməkdə şübhəli bilinərək T. İsmayılovun qardaşı Rafiq İsmayılov və Mehman Kərimov saxlanılıb. M. Kərimov günahını etiraf edib, R. İsmayılov isə bunu etməkdən imtina edib. T. İsmayılovun nəzarətindəki AST şirkətlər qrupu əsas aktivini, Çerkozov bazarını 2009-cu ildə əldən çıxarıb. Biznesmenin özü usə 2016-cı ildə müflis elan edilib, 2017-ci ilin martında isə onun mülkklərinin satışına başlanılıb.

DİGƏR XƏBƏRLƏR

Top