İstanbulda terror aktı planlaşdıran 6 İŞİD üzvü saxlanılıb

İstanbulda terror aktı planlaşdırmaqda şübhəli sayılan 6 nəfər saxlanılıb. “Anadolu” agentliyinin məlumatına görə, İstanbul Polis İdarəsinin Terrorla mübarizə şöbəsinə İŞİD terror təşkilatına bağlı 6 nəfərdən ibarət dəstənin terror təşkilatının rəhbərliyinin təlimatı ilə terror aktı həyata keçirməyə hazırlaşdığı barədə məlumat daxil olub. Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat nəticəsində 6 şübhəli saxlanılıb. Onların yaşadıqları evlərdə İŞİD terror təşkilatı ilə bağlı çoxlu sayda sənədlər və disklər aşkarlanıb.Apa

DİGƏR XƏBƏRLƏR

Top