Ən çox pambıq yığılan rayonlar: Saatlı, Biləsuvar, Bərdə... SİYAHI

Noyabrın 10-dək ölkə üzrə pambıq qəbulu məntəqələrinə 172 min 245 tondan çox məhsul təhvil verilib. Yeniavaz.com Kənd Təsrrüfatı Nazirliyindən açıqlanan məlumatlara istinadən bildirir ki, bu məhsulun 1608 tonu ötən iki gündə tədarük olunub.

Xatırladaq ki, 2016-cı ildə, ümumilikdə, 88 min 596 ton pambıq yığılıb. Bu il ötən illə müqayisədə 2,7 dəfə çox – 136 min 413,2 hektarda çiyid səpilib.

Pambıq tədarükündə Saatlı (23 min 507 ton), Biləsuvar (21 min 118,95 ton), Bərdə (17 min 976,64 ton), Ağcabədi (16 min 391,93 ton) və Sabirabad (15 min 521,76 ton) rayonları irəlidədir.

Pambıq tədarükünə dair noyabrın 10-na olan operativ məlumatı təqdim edirik:

DİGƏR XƏBƏRLƏR

Top