Baş nazirin müavini: Qida Təhlükəsizliyi Agentliyinini yaradılması ilə bağlı işlər davam etdirilir

Qida Təhlükəsizliyi Agentliyinini yaradılması ilə bağlı işlər davam etdirilir.

Bunu Azərbaycanın Baş nazirinin müavini Əli Əhmədov jurnalistlərə açıqlamasında deyib.

Baş nazirin müavini qurumun yeni agentlik olduğunu vurğulayıb: "Eyni zamanda Prezidentin sərəncamı ilə həmin qurumun üzərinə çox böyük vəzifələr qoyulub. Azərbaycanda əhalinin sağlam qida ilə təmin olunması istiqamətində atılan addımlar çox böyük əhəmiyyət kəsb edir. Agentliyin yaradılması istiqamətində lazım olan hüquqi bazanın yaranması demək olar ki təmin edilib. Sərəncam və lazım olan işlər yerinə yetirilib. Bu yaxınlarda digər tamamlanma işləri həyata keçiriləcək".

Ə.Əhmədov qeyd edib ki, həmin agentliyin böyük funksiyaları olacaq: "Təbiidir ki, agentliyin fəaliyyətə başlaması xeyli vaxt tələb edəcək. Bir neçə qurumlar var ki, həmin qurumlar da bu günə qədər qida təhlükəsizliyi funksiyası həyata keçirilir. O funksiyalar həmin qurumlardan alınıb vahid bir mərkəzdə cəmləşəcək, bu proses həm hüquqi, həm texniki, həm də təşkilati baxımdan bir neçə vəzifənin yerinə yetirilməsini tələb edir. Onların üzərində iş aparılır". Trend

DİGƏR XƏBƏRLƏR

Top