Abşeron rayonunda yanğın baş verib.
"Yeniavaz.com" Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, rayonun Masazır qəsəbəsində ümumi sahəsi 65 m2 olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və dam örtüyü yanıb.
Yanğının kəşfiyyatı zamanı 1980-cı il təvəllüdlü Əliyev Əlivəndər Rasim oğlunun yanmış meyiti aşkarlanıb.
Yaxınlıqdakı evlər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.