Bərdədə xeyli sayda kəsilmiş atın daxili orqanları və sümükləri aşkar edilib FOTOLAR

Bərdə rayonunda xeyli sayda kəsilmiş atın daxili orqanları və sümükləri aşkar edilib.

Heyvanlara məxsus hissələri rayonunun Mirzəxan kəndindən keçən Qarabağ su kanalında yerli sakinlər tapıblar.

Kənd sakinlərinin sözlərinə görə, naməlum şəxslər tərəfindən mütəmadi olaraq kəsilmiş atların daxili orqan və sümükləri doldurulmuş kisələr kanalın kənarına atılır. Bu da kanalın suyundan istifadə edən əhalinin və heyvanların müxtəlif xəstəliklərə yoluxma ehtimalını artırır.

Yerli sakinlər bu barədə hələlik heç bir quruma məlumat vermədiklərini bildirirlər.

Bərdə Rayon Baytarlıq İdarəsindən "Report"un yerli bürosuna vəziyyətdən xəbərsiz olduqları bildirilib, tərəflərindən əraziyə baxış keçiriləcəyi qeyd edilib. Report

DİGƏR XƏBƏRLƏR

Top