"Səudiyyə Ərəbistanı Livana müharibə elan edib” - İDDİA

Səudiyyə Ərəbistanı “Hizbullah” və Livana müharibə elan edib.

“Yeniavaz.com”un “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, bunu “Hizbullah” hərəkatının baş katibi Həsən Nəsrulla deyib. Onun sözlərinə görə, istefa vermiş Livanın Baş naziri Saad Hariri Ər-Riyadda saxlanılır: “Hariri ev həbsindədir”. H. Nəsrulla qeyd edib ki, Səudiyyə Ərəbistanı Livanda Ər-Riyad yönümlü baş naziri vəzifəyə gətirməyə məcbur edir: “Haririnin istefası Səudiyyə Ərəbistanının Livana misli görünməmiş müdaxiləsidir”. RİA Novosti-nin məlumatına görə isə, H. Nəsrulla əlavə edib ki, Səudiyyə Ərəbistanı İsraildən Livana hücum etməyi tələb edir: “Bunun 10 milyard dollar qarşılığında edilməsi tələb olunur. Hazırda İsraildə Ər-Riyadın təklifi müzakirə edilir. Şübhə edirik ki, İsrail Livana müharibə elan edəcək, çünki müharibənin baha başa gələcəyini bilir”.

Xatırladaq ki, Livanın Baş naziri S.Hariri noyabrın 4-də Ər-Riyaddda olarkən vəzifəsindən istefa verdiyini açıqlayıb. O, “Hizbullah” və İranı Livanda və ərəb dünyasında ədavəti qızışdırmaqda ittiham edib, özünə qarşı sui-qəsd hazırlandığını vurğulayıb.

DİGƏR XƏBƏRLƏR

Top