Türkiyə Rusiyaya pomidor göndərməyə başladı

Türkiyənin “Agrobay” aqrar sənaye şirkəti Rusiyaya pomidorların müntəzəm tədarükünə başlayıb. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu şirkətin ixrac üzrə direktoru İzzət Əkiz deyib. O bildirib: “Biz Rusiyaya ixrac üçün 5 min ton pomidor ayırmışıq, həmin həcmi bu mövsüm, yəni 2018-ci ilin mayınadək tədarük etməyi planlaşdırırıq. İlk partiyanı ötən gün göndərmişik, hər bir yük maşını Moskva və Sankt-Peterburqa 20 ton aparır və bu tədarüklər bundan sonra mütəmadi olacaq”. Xatırladaq ki, Rusiya Türkiyədən pomidor idxalına qoyulmuş qadağanı 1 noyabr 2017-ci il tarixindən aradan qaldırıb.

DİGƏR XƏBƏRLƏR

Top