Rusiya 52,5 ton meyvə-tərəvəzi Azərbaycana qaytarıb

Azərbaycandan Rusiyaya tədarük olunan 52,5 ton kənd təsərrüfatı məhsulu Dağıstanın "Yaraq-Qazmalar" gömrük keçid məntəqəsində saxlanılıb. Məhsulun saxlanılmasına səbəb saxta fitosanitar sertifikatların mövcudluğudur. Saxlanılan məhsullar arasında 16,780 min kq nar, 18,025 min kq pomidor və 17,750 min kq xiyar var. Saxlanılan meyvə-tərəvəz Azərbaycana qaytarılıb.Apa

DİGƏR XƏBƏRLƏR

Top