
Separatçı Abxaziyanın başçısı Raul Hacımba bazar gün Suxumidə Nauru Respublikasının Prezidenti Baron Vaka ilə danışıqlar aparacaq. “Yeniavaz.com”un “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, B. Vaka noyabrın 12-13-də Suxumiyə işgüzar səfər edəcək. Səfər zamanı ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti və perspektivləri müzakirə olunacaq. Sakit okean dövləti Nauru separatçı Abxaziyanın “müstəqilliyini” 2009-cu ilin dekabrında tanıyıb. Abxaziyanın “müstəqilliyini” ardıcıllıqla Rusiya, Nikaraqua, Venesuela, Nauru, Vanuatu və Tuvalu tanıyıb.
Tətbiqimizi yükləyə bilərsiniz