Əl-Bağdadinin gizləndiyi yer açıqlandı

İŞİD terror təşkilatının başçısı Əbubəkr əl-Bağdadi hazırda Suriyanın İraqla sərhədində yerləşən Bu Kamal şəhərində ola bilər.

“Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, bunu Suriya Silahlı Qüvvələrinin mətbuat xidmətindən deyiblər.

Bildirilir ki, Əl-Bağdadi Bu Kamaldakı sığınacaqların birində gizlənə bilər. Hazırda Suriya ordusu həmin şəhəri azad etmək üçün hərbi əməliyyat keçirir.

DİGƏR XƏBƏRLƏR

Top