
Bakı metrosunda qadın sərnişin yıxılaraq xəsarət alıb. Hadisə metronun Nəriman Nərimanov stansiyasında qeydə alınıb. Məlumata görə, 1983-cü il təvəllüdlü Şəbnəm Məmmədova stansiyanın çıxışında yerləşən pilləkəndan ehtiyatsızlıq nəticəsində yıxılaraq kəllə-beyin travması alıb. Ş.Məmmədova təcili tibbi yardım maşını vasitəsilə 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb. Hazırda onun vəziyyəti orta-ağırdır.
Report
Tətbiqimizi yükləyə bilərsiniz