Mingəçevir apteklərində nağdsız ödəniş problemi

Mingəçevirdə çoxlu sayda aptek var. Hər addımbaşı apteklə rastlaşırsan. Lakin həmin apteklərin bir çoxunda nağdsız ödəniş etmək mümkün deyil. Bu barədə "Yeniavaz.com" saytına şəhər sakinləri bildiriblər. Şəhər sakini Gülzadə Əliyeva deyir ki, şəhərin apteklərdə pos-terminal yoxdur: "Üzərimdə heç vaxt nağd pul olmur. Həkim yazdığı resept cibimdə qalıb. Şəhərdə saysız aptek var. Lakin biz bundan faydalana bilmirik".

Bu vəziyyət isə alıcıların haqlı narazılığına səbəb olur. Problemlə bağlı dəqiqləşdirmə aparmaq üçün şəhərin bir neçə aptekində olduq. Az.Dres qəsəbəsi Cəmil Əliyev 12/1 ünvanında yerləşən aptekdə post-terminal var idi. Amma o da piştaxta altında idi. Vəziyyətlə maraqlandıq. Satıcı xanım bildirdi ki, müştərilər post-terminala müraciət etmədikləri üçün istifadə etmir.

Xatırladaq ki, Nazirlər Kabinetinin 219 saylı qərarı, eləcə də "İstehlakçıların Hüquqlarının Müdafiəsi haqqında" qanuna əsasən, hər bir satış obyektində pos-terminalın olması mütləqdir.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top