Masallıda intihar hadisəsi baş verib


Masallı rayonunda intihar hadisəsi baş verib. Hadisə rayonun Xoşçobanlı kəndində baş verib. Kənd sakini, 1964-cü il təvəllüdlü Abbasov Abusət Abbas oğlu yaşadığı evdə özünü asaraq intihar edib. Faktla bağlı Masallı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.Report

DİGƏR XƏBƏRLƏR

Top