Roma Papası siqaret satışına qadağa qoydu

Roma Papası Fransisk Vatikan ərazisində siqaret satışını qadağan edib. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, Papa Fransisk qərara alıb ki, Vatikan 2018-ci ildən başlayaraq öz əməkdaşlarına siqaret satışını qadağan edəcək. Bildirilir ki, Vatikan bilavasitə insanların sağlamlığına zərər vuran vərdişləri dəstəkləyə bilməz. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, siqaret çəkmək hər il dünyada 7 milyon insanın həyatına son qoyur. Qeyd edilir ki, Vatikanda tütünün də satıldığı yalnız bir mağaza işləyir. Siqaret əməkdaşlara və pensiyaçılara ucuz qiymətə satılır və Vatikanın gəlir mənbəyidir.

DİGƏR XƏBƏRLƏR

Top