“Qarabağ” - “Çelsi” matçına satılan biletlərin sayı açıqlandı

“Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsinin ilk ev oyununda qarşılaşacağı “Çelsi” ilə matçın bilet satışı davam edir. Qarşılaşmaya satılan biletlərin sayı 45000-ə çatıb. Biletləri satış məntəqələrindən və onlayn olaraq iTicket.az saytından əldə etmək mümkündür. Biletləri əldə edərkən, şəxsiyyət vəsiqəsi təqdim olunmalıdır. Qeyd edək ki, noyabrın 22-də Bakı Olimpiya Stadionunda baş tutacaq matç saat 21:00-da start götürəcək. oxu.az

DİGƏR XƏBƏRLƏR

Top