Səudiyyə Ərəbistanı Kralı 30 yeni hakim təyin etdi

Səudiyyə Ərəbistanı Kralı Salman bin-Əbdüləziz korrupsiyada ittiham üzrə yüksəkvəzifəli məmur və biznesmenin kütləvi həbslərindən bir neçə gün sonra Səhiyyə Nazirliyində müxtəlif səviyyələrə 30 yeni hakimin təyin edilməsi barədə fərman verib. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, Kral fərmanı məhkəmə sisteminin müxtəlif səviyyələrinə 26 hakimin irəli çəkilməsini və 30 hakimin təyin edilməsini nəzərdə tutur. Səudiyyə Ərəbistanının ədliyyə naziri Vəlid bin-Məhəmməd əl-Salmani bildirib ki, təyinatlar Kralın məhkəmə sisteminə qarşı marağını və daimi dəstəyini əks etdirir.

DİGƏR XƏBƏRLƏR

Top