Rusiyada 9 mərtəbəli binada partlayış – xəsarət alanlar var

Rusiyanın İjevsk şəhərində yaşayış binasının bir hissəsi birinci mərtəbədən doqquzuncu mərtəbəyədək çöküb.

“Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, insident nəticəsində xəsarət alanlar var. Dağıntılar altında insanların qalma ehtimalı var. Binanın cəmi 6 giriş yolu var. İlkin məlumata görə, hadisəyə səbəb məişət qazının partlaması olub.

DİGƏR XƏBƏRLƏR

Top