
NATO ölkələri yaxın vaxtlarda Əfqanıstanda öz missiyalarının sayını 13 mindən 16 min nəfərədək artırmaq qərarına gəlib.
“Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, bunu NATO-nun baş katibi Yens Stoltenberq deyib. Onun sözlərinə görə, 27 ölkə, həmçinin yaxın aylarda hərbçilərin sayını artırmaq barədə razılığa gəlib: “Buna görə də missiyanın sayı 13 mindən 16 minədək artırılacaq”. Y. Stoltenberq qeyd edib ki, NATO azı 2020-ci ilədək Əfqanıstan ordusunun maliyyələşdirilməsini davam etdirəcək
Tətbiqimizi yükləyə bilərsiniz