Məmmədyarov Nalbandyanla ilin sonunadək görüşə bilər

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Cenevrə sammitinin nəticələrinə əsasən, ATƏT-in Minsk qrupunun həmsədrləri ilin sonunadək Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü təşkil etməyi planlaşdırırlar.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirilən brifinqdə deyib.

O deyib: “Digər fromatda təmaslara gəldikdə isə, onlar da istisna edilmir, üzərində işlənilir”.

Qeyd edək ki, bu il oktyabrın 16-da Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Prezidenti Serj Sarkisyan arasında Cenenvrədə görüş keçirilib.

Görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi iştirak ediblər.trend

DİGƏR XƏBƏRLƏR

Top