Abdullah Gül: “Türkiyə Avropa İttifaqına güzəştə getməməlidir”

Türkiyə Avropa İttifaqına (Aİ) güzəştə getməməlidir. Bunu Türkiyənin keçmiş Prezidenti Abdullah Gül deyib. Təşkilatla danışıqları dayandırmağa çağıran A.Gül qeyd edib ki, ilk növbədə, Ankara Aİ-yə daxil olmaq üçün keçirilməli olan islahatın xalqa nə dərəcədə faydalı olduğuna diqqət yetirməlidir. Qeyd edək ki, bir müddət əvvəl Prezident Rəcəb Tayyib Ərdoğan Ankaranın deyil, Aİ-nin Türkiyənin təşkilata daxil olması ilə bağlı danışıqları başa çatdırmaq üçün ilk addım atacağını bildirib. Dövlət başçısı deyib ki, ölkənin Aİ-yə daxil edilməməsindən Ankara heç nə itirməyəcək.Modern.az

DİGƏR XƏBƏRLƏR

Top