İspanların 25 faizi katalon mallarını almamağa başlayıb

İspanların təqribən dörddə biri (Kataloniya sakinləri nəzərə alınmadan) Kataloniyada istehsal olunmuş məhsulları almağı dayandırıb.

“Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, bu barədə “La Razon” qəzetinin keçirdiyi sorğunun nəticəsində deyilir. Bundan başqa, respondentlərin daha 21 faizi onları almayacaqlarını istisna etmir. İspanların təxminən 50 faizi bildirib ki, region müstəqil olarsa, katalon malları almayacaqlar, bununla belə, rəyi soruşulanların 35,5 faizi boykotla razı deyil.

DİGƏR XƏBƏRLƏR

Top