Türkiyə kosmosa iki peyk göndərəcək

Türkiyə yaxın illər ərzində iki peykini kosmosa göndərəcək. “Yeniavaz.com”un “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya naziri Əhməd Arslan deyib. Onun sözlərinə görə, 2020 və 2021-ci illərdə Türksat 5A və 5B peykləri kosmosa göndəriləcək. Nazir qeyd edib ki, hər iki peyk “SpaceX” şirkətinin “Falcon 9” raketləri ilə fəzaya daşınacaq. Bununla əlaqədar peyklərin tenderi üzrə qalib olan “Airbus” şirkəti ilə Türksat A.Ş” arasında bu gün saziş imzalanıb. Xatırladaq, “Space X” şirkətinin baş direktoru İlon Mask ötən gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul edilmişdi.

DİGƏR XƏBƏRLƏR

Top