Ən qısa zamanda vəkillərin sayı artırılacaq - VİDEO

Ən qısa zamanda vəkillərin sayı artırılacaq. Bunun üçün ixtisas imtahanları keçiriləcək və imtahanları müvəffəqiyyətlə vermiş namizədlər vəkil adını qazanacaqlar. Vəkillər kollegiyasının rəyasət heyəti adından yayılan açıqlamada belə deyilir. Kollegiyanın Rəyasət Heyətindən bildirilib ki, nümayəndəlik institutunun təkmilləşdirilməsi ilə bağlı qəbul edilən əlavə və dəyişikliklər aparılan mütərəqqi məhkəmə-hüquq islahatlarının davamıdır və öz mahiyyəti etibarilə hüquqi yardım institutunun yeni mərhələyə qədəm qoymasını təmin etməyə yönəlib. Bu dəyişikliklər əhaliyə göstərilən hüquqi xidmətlərin keyfiyyətinin artırılmasına müsbət təsir edəcək. Həmçinin, qeyd edilb ki, Prezident İlham Əliyev ötən gün imzaladığı sərəncamla Vəkillər Kollegiyasına vəkillərin sayının artırılmasını tövsiyə edib. Buna nail olmaq üçün Kollegiya tərəfindən bütün zəruri tədbirlər həyata keçiriləcək. Çoxsaylı hüquqşünas vəkil olmaq üçün Vəkillər Kollegiyasına müraciət edib. Bununla bağlı, ən qısa zamanda ixtisas imtahanları keçiriləcək və imtahanları müvəffəqiyyətlə vermiş namizədlər vəkil adını qazanacaqlar. Eyni zamanda, hazırda məhkəmələrdə çıxış edən nümayəndələr də, qanunvericiliyin tələblərinə uyğun olaraq müraciət etdikləri halda, Vəkillər Kollegiyası üzvlüyünə qəbul oluna bilərlər.Xezerxeber

Vəkil

DİGƏR XƏBƏRLƏR

Top