Bərdə rayonunda yol qəzası baş verib. Hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. Belə ki, rayon sakini Yalçın Kərimovun idarə etdiyi "VAZ-2107 markalı avtomobil Oktay Məmişova məxsus "Belarus" markalı traktorun qoşqusuna dəyib. Nəticədə minik maşınının sərnişini müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Faktla bağlı araşdırma aparılır.Report