Bakıda akkumulyator oğruları saxlanıldı VİDEO

Qaradağ rayon sakinləri Telman Hüseynov və Nurlan Yaqubov RPİ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıblar.

ARB TV xəbər verir ki, ilkin ifadələri zamanı həmin şəxslər Qaradağ rayonu və ətraf ərazilərdən 4 yük avtomobilinin akkumulyatorunu oğurladıqlarını etiraf ediblər.

Araşdırma zamanı onların başqa cinayətlərinin də üstü açılıb.

Saxlanılan şəxslər oğurladıqları akkumulyatorları metal qəbulu məntəqələrinə dəyər-dəyməzinə satdıqlarını və əldə etdikləri pulu aralarında böldüklərini bildiriblər.

Faktla bağlı Qaradağ RPİ-nin İstintaq şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.

VİDEO

DİGƏR XƏBƏRLƏR

Top