Migəçevirdə Dövlət Bayrağın Günü qeyd olundu FOTO

Mingəçevir şəhərində Dövlət Bayrağı Günü münasibəti ilə ümumşəhər tədbiri təntənəli keçirilib. Bayraq meydanında təşkil onunan tədbirə Mingəçevir Şəhər İcra Hakimiyyətinin nümayəndələri, hüquq-mühafizə orqanları, təhsil, səhiyyə, idarə müəssisə və şəhər sakinləri qatılıblar. Dövlət himninin sədaları altında uzunluğu 14, eni 7 metr olan üçrəngli bayraq meydana gətirilib. Bayrağı 3, 13, 10 saylı məktəbin şahinləri böyük vüqarla meydana gətiriblər. Bayram tədbirində Mingəçevir Turizm Kollecinin, Tibb Kollecinin tələbələrinin hazırladığı ədəbi-bədii kompozisiyalar nümayiş olunub. Mingəçevir Uşaq Gənclər İnkişaf Mərkəzinin "sevinc" rəqs qrupu, balaca fidanları rəngarəng musiqi və şeir nömrələri ilə çıxışlar ediblər. Mingəçevirdə fəaliyyət göstərən "Mingəçevir qrupu" və gənc müğənni Elşad Ehtiramoğlu Azərbaycanı tərənnüm edən mahnılarla çıxışlar ediblər. Tədbirdə çıxış edən natiqlər Bayraq Gününün siyasi və ideoloji mahiyyətindən danışıblar. Şəhər sakinlərindən əmək veteranı Tahir Məmmədov, Zəhra Bayramova "Yeniavaz.com" saytına bildiriblər ki, bu gün çox fərəhlidir, bayrağımız qürur mənbəyimizdir. Bayram tədbiri "Sevinc" rəqs qrupunun ifasında şən müsiqi notları altında davam edib. Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top