Şamaxı sakini özünü su quyusuna ataraq intihar edib

Şamaxı sakini özünü öldürüb. Rayonun Şərədil kənd sakini, 1962-ci il təvəllüdlü Muxtarov Əlimuxtar Mais oğlu özünü yaşadığı evin həyətindəki beton su quyusuna atıb. O, açıq kəllə-beyin travması, baş-beyinin ağır dərəcədə əzilməsi, başın əzilmiş-cırılmış yarası diaqnozu ilə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, Ə. Muxtarov dünyasını dəyişib. Onun özünə qəsd etməsinin səbəbi hələ ki, məlum deyil. Faktla bağlı Şamaxı Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.Apa

DİGƏR XƏBƏRLƏR

Top