İlahə Fəda: Tacir, sən elə müəllimlik etmisən ki, Fədayə indi həbsdədir VİDEO

Müğənni İlahə Fəda Tacir Şahmalıoğlunun Fədayə Laçın barədə dediyi sözlərə münasibət bildirib.

F.Laçının bacısı İ.Fəda “APA TV”-nin “Show time” verilişinə telefon bağlantısı ilə qoşularaq T.Şahmalıoğluya cavab verib.

“Tacir Şahmalıoğlu gözəl musiqiçidir. Bunu bir kənara qoyduq. Mənə təsir edən odur ki, Tacir deyib ki, mən Fədayənin müəllimiyəm. Özünü bir müəllim kimi təqdim edir. Mən də ona cavab olaraq deyirəm ki, Tacir heç vaxt Fədayənin müəllimi ola bilməz. Fədayənin özü də, mən də Xalq artisti Zeynəb Xanlarovaya qulaq asmışıq. Bizim müəllmimiz Zeynəb xanımdır. Sonra universitetdə oxuyanda onun müəllimi Arif Babayev, Canəli Əkbərov olub. Əbülfət Əliyevin, Şövkət Ələkbərova, Qulu Əsgərov, Rübabə Muradovanın da adını çəkə bilərəm.

Tacir müəllim ola bilməz. Onun musiqi fəaliyyətinə nəzər salaq. Murad müəllimin sayəsində “Qarabağ bülbülləri”ndə bir parça “Bayatı-Şiraz” oxuyub. Bununla da qızıl fonda düşüb. Onun uğuru bircə bu olub. Ondan sonra nə oxuyub ki? Hansı mahnısı yadınızda qalıb?

Tacir Fədayə ilə duet oxuyandan sonra tanınıb. Açıqlama verir ki, Fədayənin müəllimiyəm. Mən də deyirəm ki, sən elə yaxşı müəllimlik etmisən ki, Fədayə indi həbsdədir”.

Qeyd edək ki, T.Şahmalıoğlu “Fədayə Laçına zamin durardınızmı?” sualına bu cür cavab vermişdi: “Bir eloğlu, müəllim, həmkar kimi nə kömək lazım olarsa, etməyə hazıram. Biz bir yerdə çörək kəsmişik. Fədayə mənim tərəf müqabilim olub, yaxşı insandır, xətrini çox istəyirəm. Köməyimi bu cür edərəm. Amma zamin durmaq mənim xoşuma gələn iş deyil”.oxu.az

video

DİGƏR XƏBƏRLƏR

Top