Gürcüstanda yaşayan azərbaycanlı erməni qadınların sayı açıqlanıb

Açıqlanan son məlumatlara görə, Gürcüstan əhalisinin sayı 3 milyon 714 min nəfər olub və bunların 1 milyon 941 min nəfərini qadınlar, 1 milyon 773 min nəfərini kişilər təşkil edib. Yeniavaz.com Gürcüstan Milli Statistika İdarəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, gürcülərdən sonra bu ölkədə ən çox azərbaycanlılar yaşayır. Rəsmi məlumatlara görə, Gürcüstan əhalisinin 6,5%-i və ya 240,6 min nəfəri azərbaycanlılar olub. Azərbaycanlılardan sonra Gürcüstandan ən çox ermənilər və ruslar yaşayırlar. Gürcüstanda yaşayan azərbaycanlıların 116,5 min nəfərini qadınlar, 124,1 min nəfərini isə kişilər təşkil edib. Məlumat üçün qeyd edək ki, azərbaycanlılardan fərqli olaraq Gürcüstanda yaşayan erməni qadınlar kişilərdən çox olub. Gürcüstanda 97 min erməni qadın, 70,9 min erməni kişi yaşayır.

DİGƏR XƏBƏRLƏR

Top