Səudiyyə Ərəbistanında onlarla məmurun hesabı donduruldu

Səudiyyə Ərəbistanı Mərkəzi Bankı Krallığın kredit təşkilatlarına onlarla məmur və iş adamının hesablarını dondurmağı tapşırıb. “Yeniavaz.com”un RBK-ya istinadən verdiyi məlumata görə, Mərkəzi Bank hesabları qısa müddət ərzində dondurulmalı olan yüzlərlə şəxsin adının salındığı siyahını hazırlayıb. Həmçinin, daha əvvəl Kral ailəsinin saxlanılmış ən varlı üzvlərinə və məmurlara məxsus təqribən 33 milyard dolların dondurulma təhlükəsi var.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı Kralı Salman ibn-Əbdüləziz əs-Səud noyabrın 4-də korrupsiya ilə mübarizə haqqında və onunla mübarizə üzrə ali komitənin yaradılması haqqında fərman verib. Bundan sonra Kral ailəsinin 11 üzvü, eləcə də onlarla məmur və iş adamı saxlanılıb. İlkin hesablamalara əsasən, saxlanılanların sayı təqribən 40 nəfər təşkil edib. Onlar korrupsiyada, çirkli pulların yuyulmasında, vəzifələrindən sui-istifadə etməkdə və büdcə vəsaitlərini israf etməkdə şübhəli bilinirlər.

DİGƏR XƏBƏRLƏR

Top