Kürd muxtariyyətinin Rusiya şirkəti ilə müqaviləsinə etiraz - Açıqlama

İraq hakimiyyəti Rusiyanın “Rosneft” şirkəti və kürd muxtariyyəti arasında bağlanmış müqaviləni qanunsuz hesab edir. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu İraq Neft Nazirliyinin nümayəndəsi Asim Cihad deyib. Onun sözlərinə görə, federal hökumət və Neft Nazirliyi ilə bağlanmamış istənilən müqavilə qanunsuzdur. A. Cihad bildirib: “Bu müqavilə, onun təfərrüatları bizə maraqlı deyil, biz həmin təfərrüatları bilmirik və ümumiyyətlə onun barəsində heç bir məlumatımız yoxdur”. O diqqətə çatdırıb ki, vəziyyətə görə məsuliyyət daşıyan şəxsləri fəaliyyətlərinə görə aqibət gözləyir.

Xatırladaq ki, “Rosneft” və İraq Kürdüstan Regional Hökuməti 2017-ci ilin fevralında neft-qaz sahəsində əməkdaşlıq haqqında saziş bağlayıblar. 2017-ci ildən 2019-cu ilədək neft alışı və satışı üzrə müqavilə bağlanıb.

DİGƏR XƏBƏRLƏR

Top